Əlaqə Arxiv
news Image
2013.08.06
12:26
| A A A
“Samsung” ilə “Apple” müharibəsində bu səfər gülən tərəf “Apple”olub
Obama “Apple” qadağasına veto edib

"Samsung" ilə "Apple" arasında davam edən soyuq müharibədə bu səfər gülən tərəf "Apple"olub. ABŞ Beynəlxalq Ticarət Komissiyasının bəzi iPhone və iPad modelləri üçün verdiyi satış qadağanı qərarı ABŞ prezidenti Barak Obama tərəfindən veto edilib. Publika.az xəbər verir ki, Beynəlxalq Ticarət Komissiyası (ITC) "Apple"nin köhnə modelləri olan iPhone 3GS və 4 ilə iPad 3G Ipad 2 3GS məhsullarının ABŞ-a idxal edilməsinə və ölkədə satılmasına qadağa qoymuşdu. 

Səbəb olaraq da "Apple"nin "Samsung"a aid 3G texnologiyası ilə cihazlar arası eyni anda birdən çox xidmətin yayıla bilməsini əhatə edən patenti pozması göstərilirdi. 

Onu da bildirək ki, "Apple"nin ABŞ-da telefon satışlarında ilk sıradadır. Şirkət, aprel 2013-cü ildə satışların 39.2 faizini əlində tutmağı bacarıb.

ABŞ bazarında ikinci sırada isə "Samsung" dayanır. Galaxy S4 ilə birlikdə satışlarda sürət qazanan "Samsung" yanvar ayındakı 21.4 faizlik nisbəti, aprelin sonuna doğru 22 faizə çıxarıb.

Sizin Reklam Yeriniz