Əlaqə Arxiv
news Image
2013.08.07
19:47
| A A A
Delfinlərin yaddaşı insanlardan güclüdür?

Movqe.Az xəbər verir ki, ABŞ-da aparılan yeni bir araşdırma delfinlərin son dəfə 20 il əvvəl bir yerdə olduqları digər delfinlərin fitlərini aradan keçən zamana baxmayaraq tanıya bildiyini göstərib. Araşdırmanı icra edən Çikaqo Universiteti araşdırmaçısı Ceyson Bruk, "Başa düşmək çətindir,  mən bunu edə bilməzdim. Delfinlər heyvanlar aləminin ən sabit yaddaşlı üzvləridir, çünki səsləri heç vaxt dəyişmir" deyib. Bruckun üzərində çalışdığı Bailey və Allie adlı delfinlər 20 ildən çox zaman əvvəl Florida Keysdəki "Dolphin Connection"da eyni akvariumda yaşayırdılar. Daha sonra Allienin yolu Çikaqo Zooparkına, Baileyinki isə Bermudaya düşüb. Aradan keçən zamana baxmayaraq Bruk, Allienin səsini Baileyin dinlətdiyində heyvan bu səsi tanıyaraq cavab verib. Bruckun bu gün nümayiş olunan araşdırmasına görə meymunlar dörd il,  fillər isə 10 il civarında yaddaşa sahibdir. Qısa bir müddət əvvəl Şotlandiyada edilən başqa bir araşdırmayla da bu səslərin əslində delfinlərin adları olduğu və hər heyvanın öz adını bildiyi ortaya çıxmışdı.

Sizin Reklam Yeriniz