Əlaqə Arxiv
news Image
2013.08.12
11:37
| A A A
Yaponiyada insanın ovcuna görə identifikasiya texnologiyası hazırlanıb

Yaponiyanın "Fujitsu Ltd." korporasiyası insanın ovcundakı qan damarlarının şəklinə görə onun identifikasiyası texnologiyasını hazırlayıb, - "İtar-tass"  yazır.

 

Şirkətin mütəxəssisləri müəyyənləşdiriblər ki, xüsusi infraqırmızı qurğunun köməkliyi ilə öncədən skanerdən çıxarılmış damarların şəklini unikal 2048 bitlik koda çevirmək olar. Araşdırmalar zamanı məlum olub ki, eyni insan ovcunun növbəti skanı zamanı da eyni kod alınır.

 

"2015-ci ilədək sözügedən texnologiyanı bazara çıxarmağı planlaşdırırıq" – "Fujitsu" korporasiyasının istehsalçılar qrupunun nümayəndəsi Takasi Sindzaki deyib.

 

Şirkətdə hesab edirlər ki, bu metoddan  nağdsız alış-veriş ödənişində, internetdə istifadəçilərin qeydiyyatdan keçməsində səmərəli istifadə etmək mümkün olacaq.

Sizin Reklam Yeriniz