Əlaqə Arxiv
news Image
2013.08.12
12:50
| A A A
Bakıda möhtəşəm ulduz yağışı olacaq

Perseida Yer kürəsinin Svift-Tuttl kometinin toz buluduna girdiyi zaman baş verən ən məşhur və güclü meteor yağışıdır. Ulduz yağışının maksimal aktivliyi Bakı vaxtı ilə avqustun 12-si 23:15-dən aqustun 13-ü 00:45-dək olacaq. 


Mövqe.az RİA Novosti-yə istinadən bildirir ki, həmin vaxt səmada bir saat ərzində 100-dək meteor görünəcək. Bu barədə Beynəlxalq Meteor Təşkilatının (İMO) proqnozunda deyilir. 


"Biz müşahidə etmişik ki, bir meteor yağışı digərlərindən daha çox bolid (fireball) yaradır. Bu da Perseidadır ki, 12-13 avqustda daha da güclənir", - NASA-nın meteor bölməsinin əməkdaşı Billi Kuk deyib. 

Alimlər bolidlərin çoxluğunu Svift-Tuttl kometinin böyük olması ilə əlaqələndirirlər. "Onun nüvəsi çox iridir - diametri 26 km-dir. Digər kometlərin nüvəsi cəmi bir neçə km olur, ona görə Svift-Tuttl kometi daha çox meteor yaradır, bunların da əksəriyyəti bolid yaratmaq üçün kifayət qədər iridir", - Kuk bldirib.


Sizin Reklam Yeriniz