news Image
2013.08.12
15:06
| A A A
Bu da "Qarpız uşaqlar" axını

Movqe.Az xəbər verir ki, Çində ailələr uşaqlarını yay istisindən qorumağın yolunu tapıb. Kiçik bir uşağın qarpız qabığından edilmə tulum geydiyi görüntülərin sosial paylaşma şəbəkələrində verilməsiylə, ölkədə "qarpız uşaqlar" axını başlayıb. Dövlət xəbər agentliyi Şinhuaya görə bu axın, Venzhou şəhərində kiçik bir uşağın qarpız qabığından hazırlanan bir tulum geyinməsiylə başlayıb. İyul ayında internetə düşən bu görüntü ailələrə ilham qaynağı olub. Ailələr qarpızdan edilən bu paltarın eyni təzə meyvələr kimi sərinləşdirici təsir edərək isti yay günlərində uşaqların sərinləməsini təmin etdiyini düşünür.

Ancaq dermatoloqlar uzun müddət bu paltarları geyməyin yaxşı bir fikir olmadığını düşünür. Həkimlər, qarpız alergiyasının böyüklərdə çox olmasa da, körpə dərisi üçün uzun, davamlı təmasla allergik təsirin meydana gələ biləcəyinə diqqət çəkir.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs