Əlaqə Arxiv
news Image
2013.08.12
17:01
| A A A
İndiki uşaqlar ana-atalarından daha tez öləcək?

Movqe.Az xəbər verir ki, İngiltərə Ürək Vəqfinin Oxford Universiteti ilə birlikdə etdiyi bir araşdırma, bu günün uşaqlarının pis qidalandığını, çöldə oynamadığı üçün hərəkətsiz qaldığını və bu həyat tərzi səbəbiylə tibbdəki bütün inkişaflara baxmayaraq ana atalarından daha erkən yaşda ölə biləcəyini ortaya çıxarıb. Milyonlarla uşağın keçmişdə olduğu kimi açıq havada zaman keçirib, tərəvəz və meyvə tükətmək yerinə zamanlarının çoxunu televiziya qarşısında şəkərli içkilər və hazır qidalar yeyərək keçirdiyini göstərən araşdırmanın yayımlanmasından sonra İngiltərədə sağlamlıq təşkilatları  ailələrə "Uşaqlarınızı küçəyə çıxarın" çağırışı edib. Araşdırmada İngiltərədə uşaqların 80 faizinin lazimi miqdarda tərəvəz  və meyvə istehlak etmədiyi,  lakin yarısının nizamlı olaraq şokolad və şəkər yediyi görülüb, 13 yaşındakı qız və oğlanların   yarısının isə günlərinə nahar etmədən başladıqları təsbit edilib. Elm adamları etdikləri araşdırmada uşaqların gündə ən az iki saat televiziya izlədiyini və həftə sonları bu müddətin altı saata qədər yüksəldiyini ortaya çıxarıb, uşaq piylənməsinin gələcəkdə dünyanın ən əhəmiyyətli problemlərindən biri halına gələcəyi iddia edilib. Araşdırma nəticələrini qiymətləndirən Cəmiyyət Sağlamlığı Fakültəsi Başçısı Professor Con Aşton, "Belə halda yetişdirdiyimiz uşaqların gələcəkdə bizlər qədər sağlam ola bilməyəcəyi həqiqəti ilə üzləşməyimiz lazımdır" deyib.


Sizin Reklam Yeriniz