Əlaqə Arxiv
news Image
2013.08.13
17:02
| A A A
Havada doğum etdi

Movqe.Az xəbər verir ki, Fasdan İtaliyaya gedən hamilə bir qadın, təsadüfən təyyarədə olan bir həkimin də köməyiylə problemsiz bir şəkildə doğum edib. Morokko Kral Hava yolları ilə Fasın Kasablanka şəhərindən İtalyanın Bolonya şəhərinə uçan hamilə bir qadın, təyyarə havalandıqdan qısa bir müddət sonra sancılanıb. Təyyarə dərhal istiqamətini Barselonaya çevirərək təcili enişə hazırlanıb, lakin səbirsiz körpə təyyarənin enməsini gözləyə bilməyib. Enişdən qısa bir müddət əvvəl doğum reallaşıb və bir oğlan körpə dünyaya gəlib. Hava yolu şirkətindən edilən şərhə görə kabin personalının və təsadüfən o sırada təyyarədə olan bir həkimin köməyi sayəsində doğum, problemsiz bir şəkildə reallaşıb. Təyyarə Barselonaya təcili eniş etdikdən sonra ana və körpəsi xəstəxanaya qaldırılıb, təyyarə isə İtaliya səfərinə davam edib.


Sizin Reklam Yeriniz