news Image
2013.08.13
16:13
| A A A
Məsih adına icazə yoxdur?

Movqe.az xəbər verir ki, ABŞ-da bir ailə məhkəməsi, oğlan körpənin "Məsih" olan adının dəyişdirilməsinə qərar verib. 7 aylıq Məsih DeŞaun Martinin ailəsi uşağın soyadının nə olacağına qərar verə bilmədiyi üçün Tenesseedə məhkəməyə gedib. Ancaq hakim Lu Ann Ballev, uşağın Məsih olan adının da dəyişdirilməsi lazım olduğunu  söyləyərək, həqiqi Məsihin "Hz.İsa" olduğunu, dindar bir cəmiyyətdə yaşaması halında adının problem çıxara biləcəyini qeyd edib. Hakim, uşağın hər iki valideyinlərin soyadını alaraq Martin DeŞaun Mak Kullou olaraq dəyişdirilməsini hökm edib. Amerika Sosial Müdafiə Dairəsinə görə bu ölkədə hər il 700-dən çox uşağa "Messiah'" (Məsih) adı verilir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs