Əlaqə Arxiv
news Image
2013.08.13
20:35
| A A A
Ömrü boyu əlcək geymək məcburiyyətindədir!

Movqe.Az Əxəbər verir ki, İngiltərədə yaşayan Nikola Vaythil çox nadir görülən bir xəstəlikdən əziyyət çəkir.  Belə ki, o, hər gün ən az üç saat, duş alıb dərisiylə maraqlanmaq məcburiyyətindədir. Dərisini davamlı nəmləndirməsi və isti tutması lazım olan Vaythil krem istifadə edərək dərisini yumuşaltmadığı təqdirdə hərəkət edə bilmir. Əllərinin rəng dəyişdirməməsi və ağrımaması üçün davamlı əlcək taxması lazımdır. Ancaq bu şəkildə Raynaud sindromu xəstəliyinin əlamətlərindən qoruna bilir. Nikola həyat şəkli halına gələn baxımı haqqında, "Səhər qalxanda bütün bədənim sərt olur. Maye parafin dolu ləyəndə bir müddət qaldıqdan sonra bədənimi kremləməliyəm. Əks halda qollarımı qaldırmağım belə mümkün deyil "deyib. Raynaud sindromu xəstəliyi xüsusilə üzvlərə təsir edən və bədənin soyuğa qarşı müqavimətinin çox az olduğu bir xəstəlikdir. Əl və ayaq barmaqlarında rəng dəyişməsi, stress və soyuq ilə yarana bilir.

Sizin Reklam Yeriniz