Əlaqə Arxiv
news Image
2013.08.14
20:39
| A A A
Yeni Apple iPad-lər gəlir
Movqe.Az xəbər verir ki, "Apple"ın yeni nəsil iPad və Retina ekranlı iPad mini modelinin 10 sentyabrdakı iPhone təqdimatından sonra növbəti aylarda tanıdılması gözlənilir. Son günlərdə bir-birləriylə əlaqəli olaraq yayımladığımız müxtəlif xəbərlərdə yeni iPhoneların (iPhone 5C və iPhone 5s) 10 Sentyabrda tanıdılacağı məlumatını vermişdik. Bir çox etibarlı texnologiya yayımı tərəfindən təsdiqlənən bu tarix, Apple-ın payız aylarındakı bəzi planlarının ortaya çıxmasının da əsasını qoymuşdu. Yeni iPadlər (iPad və Retina'lı iPad mini) köhnə nəsillərinə nisbətən daha incə və yüngül olacaqlar. Digər tərəfdən söz-söhbətlərə görə iPad, bir az iPad mini-yə bənzəyəcək. Hazırda yeni nəsil iPad və ya iPad mini üçün hər hansı bir dəqiq tarix yoxdur. 
Sizin Reklam Yeriniz