Əlaqə Arxiv
news Image
2013.08.15
12:23
| A A A
“Samsung” şirkəti məhkəməyə verildi

Şirkətdən 108 milyon dollarlıq təzminat istənilib

Braziliya hökuməti Amazonlar bölgəsində yerləşən fabrikdə işçilərin hüquqlarını pozduğu üçün Cənubi Koreyanın nəhəng şirkəti "Samsung"a qarşı iddia qaldırıb. Mövqe.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, "Reporter Brasil" adlı işçi haqqlarını müdafiə təşkilatı, internet saytında yerləşdirdiyi açıqlamada bildirilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mütəxəssislərinin şirkətin Manausdaki fabrikində etdiyi araşdırmalar zamanı işçilərin gündə 15 saata qədər işlədildiyi və çalışanlara verilən istirahət saatlarının da kafi olmadığı məlum olub. 


Fabrikdə işləyən 2 mindən çox işçinin iş şəraiti səbəbi ilə sağlamlıq problemlərindən əziyyət çəkdiyi bildirilib. Brazilya "Samsung"dan 108 milyon dollarlıq təzminat istəyib. 



Qeyd edək ki, Manaus Sərbəst Ticarət Bölgəsində yerləşən fabrikdə təxminən 6 min işçi işləyir. 


Məlumata görə, fabrikdə işçilərə cib telefonunu quraşdırmaq üçün 32, bir televiziya dəstini quraşdırmaq üçün isə cəmi 65 saniyə verilir.


"Samsung" isə braziliyalı səlahiyyətlilərlə əməkdaşlığa hazır olduğunu açıqlayıb. Şirkətdən verilən açıqlamada faktla bağlı araşdırma aparacaqları bildirilib:


"Rəsmi sənədlər əlimizə çatan kimi lazımlı araşdırmaları başladacağıq və braziliyalı səlahiyyətlilərlə əməkdaşlıq içində çalışacağıq. Bütün dünyadakı istehsal obyektlərimizdəki işçilərimizin sağlamlığı, təhlükəsizliyi və xoşbəxtliyi bizim üçün böyük əhəmiyyət kəsb edir". 

Sizin Reklam Yeriniz