Əlaqə Arxiv
news Image
2013.08.15
15:34
| A A A
Banafobiyası olan qız 23 yaşında qorxusundan azad edildi

Gənc qız 20 illik banan qorxusundan terapiya ilə azad olub.


Hündürlükdən, tək qalmaqdan, qapalı yerlərdən qorxanlar barəsində hamımız eşitmişik. 

Ancaq meyvədən qorxusu olan barədə yəqin ki, çoxunun xəbəri yoxdur. 


Sən demə, belə insan var və o, İngiltərədə yaşayır. Paula Ross adlı qızın banan qorxusu olub.


Paulanın bu qorxusuna səbəb uşaq vaxtı valideynlərinin onu meyvə yeməyə məcbur etməsi olub. Nəticədə o, 20 il boyunca bananafobiyası olan insana çevrilib. Məlumata görə, qız banan görəndə xəstələnir, ürəyi bulanır. O, hətta bu meyvə ilə eyni otaqda belə dayana bilmirmiş.


Qız ancaq 23 yaşında bu qorxusundan azad ola bilib. Bu xüsusi terapiya sayəsində mümkün olub. Artıq o heç bir qorxusu olmadan bananla eyni məkanda dayana bilir. 

Sizin Reklam Yeriniz