news Image
2013.08.15
20:09
| A A A
Tvitter Universiteti
Movqe.Az xəbər verir ki, Dünyanın ən məşhur sosial şəbəkələrindən biri olan "Twitter", təhsil sahəsində əhəmiyyətli bir addım atıb. Marakana adındakı proqram təminatı təhsilləri verən şirkəti satın alan sosial şəbəkə firması, "Twitter Universiteti" layihəsini həyata keçirib həyata keçirib. Keçən aylarda Marakanadan proqram təminatı təhsili dəstəyi almağa başlayan Tvitter, alınan təhsildən məmnun qalaraq şirkəti satın almağa qərar verib. Satın alma müqaviləsindən sonra texniki mövzularda təhsil verməyə davam edəcək Marakana, Tvitterin mühəndislik qrupuna qatılacaq. Marakana, Tvitter Universitetinin təməlini meydana gətirərək təhsilləri sistemli bir hala salacaq. Tvitter Universitetində inkişaf etdirilən proqramlar, "açıq qaynaq kod" xüsusiyyətində və hər kəsin istifadəsinə açıq olacaq. 2005-ci ildə qurulan Marakananın veb saytında yerləşən elanda da onun qurucuları Tvitterə qatılmaqdan duyduqları həyəcanı dilə gətirib. Tvitter, əhəmiyyətli iş qüvvəsini inkişaf etdirərək, daha cazibədar bir şirkət olmağı planlaşdırır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs