news Image
2013.08.19
14:00
| A A A
Kişilərin nəzərinə!

Movqe.Az xəbər verir ki, əzələlərini böyütməyi ağlında çıxarmamağın biqoreksiya adlı xəstəliyə səbəb ola biləcəyi mövzusunda xəbərdarlıq edən mütəxəssislər, bu xəstəliyə tutulmuş yüz minlərlə kişinin sağlamlığının risk altında olduğunu bildirib. Bütün kişilərin 45 faizi həyatlarının bir dövründə fərqli səviyyələrdə də olsa yaşadığına inanılan biqoreksiya, insanın kifayət qədər əzələli olmamağını çox düşünməsi kimi açıqlanır. Bu xəstəliyə tutulan bəzi kəslər həddindən artıq dərəcədə məşq edərək və hormon ehtiva edən məhsullar istifadə edərək sağlamlıqlarına zərər verir. ABŞ-ın Çikaqo əyalətində olan Adler Psixologiya Məktəbindən Dr. Makyl Kerulis, "Bədənin xarici görünüşüylə əlaqədar problemlər həmişə qadınlara aid kimi görülür, halbuki kişilərin də demək olar ki, yarısı bədənindən məmnun deyil və yemə pozuqluğu olan 10 nəfərdən biri kişidir" deyib. Dr. Kerulis, "Getdikcə yayılan biqoreksiya problemi hər yaşdan kişiyə təsir edir. Biqoreksiya yalnız fiziki problemlərə səbəb olmur. Bu xəstəliyə məruz qalanlarda tez əsəbiləşmə, sinir böhranları, depressiya halları müşahidə olunur"deyə sözlərinə əlavə edib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs