Əlaqə Arxiv
news Image
2013.08.19
20:57
| A A A
Xərçəngə yeni müalicə
Movqe.Az xəbər verir ki, Amerikalı araşdırmaçılar, immunitet sistemini xərçəngli hüceyrələrə hücum etməsi üçün hərəkətə keçirəcək bir üsul kəşf edib. Həssas bir tarazlığı olan immunitet sistemi, xarici maddələrə hücum edərkən, bədənin öz toxumalarına toxunmur. Heyvanlar üzərində edilən işlər, bu tarazlığı dəyişdirmənin xərçəng müalicəsində yeni müalicə üsullarına kömək edəcəyinə işarə edir. Filadelfia Uşaq Xəstəxanasında edilən araşdırmanın nəticələri "Nature" adlı tibb jurnalında nümayiş olunub. İmmunitet sisteminin bədənin öz toxumalarına hücum etməsinin səbəb olduğu, Tip 1 diabet və MS kimi bir çox xəstəlik var. Avto-immun xəstəlikləri və xərçəng araşdırmalarında daxilində T hüceyrələri (Treg) üzərində indiyə qədər bir çox iş görülüb. 

T hüceyrələri, immunitet sisteminin bir hissəsidir. Bu hüceyrələr, immunitet sistemini bədənə hücum etməməsi üçün qıcıqlandırır.  ABŞ-da aparılan yeni araşdırma daxilində Treg-in fəaliyyətinə müdaxilə edilib. Bir mənada xərçəngli hüceyrələrə hücum etməsi üçün immunitet sisteminin əyləci boş buraxılıb. Araşdırma qrupundan Dr. Vayne Hankok, "Treg hüceyrələrin funksiyasını, avto-immun reaksiyonuna icazə vermədən şişlərə hücum edəcək şəkildə azaldacaq bir yol tapmaq lazım idi" deyib. Araşdırmaçılar, T hüceyrələrinin təsirli bir şəkildə işini təmin edəcək siçanlar yetişdirdilər. Sonra normal siçanlarda eyni təsiri meydana gətirən bir dərman istifadə etdilər. İki təcrübədə də immunitet sistemi, bir növ ağciyər xərçənginin böyüməsini məhdudlaşdırıb Mütəxəssislər, bu üsulun xərçəng xəstələrində istifadə edilməsi üçün növbəti testlərə ehtiyac duyulduğunu söyləyib.



Sizin Reklam Yeriniz