Əlaqə Arxiv
news Image
2013.08.20
16:03
| A A A
Kraliça Elizabetin uşaqlıq şəkilləri

Movqe.Az xəbər verir ki, İngiltərə Kraliçası 2. Elizabetin indiyə qədər heç bir yerdə çıxmamış ailə fotoşəkilləri nümayiş olunub. Kral Kolleksiyası tərəfindən nümayiş olunan fotoşəkillər əslində bu həftə çıxacaq bir kitabda da nümayiş olunub. Şahzadə Uilliam və Kembric Düşesi Keytin körpəsi Şahzadə Corc şərəfinə çıxacaq olan kitabda, Kraliça 2. Elizabeint 2 yaxud 4 yaşları arasındakı digər fotoşəkilləri də yayımlanıb. 

1927-ci ilə aid bu fotoşəkildə Kraliça 2. Elizabet tam ortada görülür. Solda Kraliça Mari, sağda isə York Düşesi yerləşir.


1926-cı ildə çəkilmiş bu kadrda isə Kraliça 2. Elizabet yalnız beş aylıqdır.



1928-ci ilə aid başqa kadrda Kraliça 2. Elizabet oyuncaq bir ata minir. Yanındakı isə anası ElizabetBoves-Lyondur.



Yenə 1928-ci ildə çəkilən bir kadrda, hələ iki yaşında olan Kraliça Elizabet, körpə avtomobilinə minərkən görülür.



1930-ci il tarixli  başqa kadrda isə Kraliça 2. Elizabet hələ dörd yaşındaykən bir poninin üstündə görülür. Kraliçanın yanındakı isə York Düküdür

.

Kraliça 2. Elizabetin doğulduğu il olan 1926-cı ildəki "fərdi irəliləyiş kitabı". Bu sənəddə Elizabethin tam adı, doğum yeri, doğum tarixi, ana və atasının adları, nənə və babalarının adları yazılıb.



Sizin Reklam Yeriniz