Əlaqə Arxiv
news Image
2013.08.20
20:36
| A A A
Bu planetin bir ili 8.5 saatdır

Movqe.Az xəbər verir ki, gün boyu işdə keçirdiyiniz vaxtın və ya gecə yatdığınız müddətin, 700 işıq ili uzaqlıqdakı bir planetdə bütün ilə bərabər olduğunu xəyal edin. "Kepler 78b" adı verilən bu planet, öz günəşi ətrafındakı dönüşünü yalnız 8.5 saatda tamamlayır. ABŞ-dakı Massaçusets Texnologiya İnstitutunun (MIT)  elm adamları Yer ilə eyni ölçülərdəki planetin, indiyə qədər kəşf edilən ən qısa orbit surələrindən birinə malik olduğunu bildirib. Öz günəşinə xeyli yaxın olan Kepler 78b, həyat üçün əlverişli deyil. Səth istiliyi 2760 dərəcəni keçir. Planetin öz ulduzuna olan yaxınlığının, Merkurinin Günəşə olan yaxınlığından 40 qat çox olduğu ifadə edilir. Səth quruluşunun hərəkət halındakı bir lava okeanı olduğu və planetin tamamilə dəmirdən ibarət olduğu düşünülür. Kepler 78b, alovlar içindəki səthindəki materialların səbəb olduğu radiasiya əks olunan ışıqlanma sayəsində elm insanlarının diqqətini çəkib. MIT professorlarından Coş Vin, "Əslinə baxsanız, bu planetin yox olmama səbəbi onun çox sıx bir kütləyə sahib olmasıdır. Bu xüsusiyyəti, planeti daha da inanılmaz edir" deyib. The Astrophysical jurnalında yayımlanıb. 

Sizin Reklam Yeriniz