news Image
2013.08.21
15:42
| A A A
Çox işləməkdən öldü

 Movqe.Az xəbər verir ki, Londonda bir bankda yeddi həftədir təcrübə keçən və dünyasını dəyişən  Moritz Erhardtın uzun iş saatları ucbatından öldüyü iddia edilir. "Bank of Amerika Merrill Lynch"in London şöbəsində yeddi həftədir təcrübə keçən 21 yaşındakı Moritz Erhardt, evində ölü tapılıb. Onun ölümünün müzakirə yaradan tərəfi isə Erhardtın ölmədən əvvəl üç gün müddətində səhər saat 06.00-a qədər işləməsidir. Cansız bədəni ev yoldaşları tərəfindən tapılan Erhardtın dəqiq ölüm səbəbi hələlik bilinmir. Lakin gənc işçinin çox işləməklə dünyasını dəyişdiyi bildirilir. Londonda yaşayan kardioloq Doktor Aseem Malhotra, praktikant Erhardtın ölüm səbəbinin dəqiq bilinməsə də, uzun saatlar boyunca çalışması və xüsusilə gecə növbələrinə qalması olduğunu deyib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs