news Image
2013.08.23
16:16
| A A A
Duzdan əl çəkə bilməyənlər bu xəbəri oxusun!
Movqe.Az xəbər verir ki, mütəxəssislər duzun bədən üçün imtina edilməz olmaqla yanaşı, həddindən artıq  duz istehlakının hipertəzyiq başda olmaqla iflic, ürək böhranı, ürək çatmazlığı, böyrək xəstəliyi, mədə xərçəngi, böyrək daşı, sümük əriməsi və bədəndə şişlik kimi müxtəlif problemlərə gətirib çıxardığını bildirib. İnsan gündə orta hesabla 15 qram duz qəbul edir. Gündəlik alınan duzun iki çay qaşığına endirilməsi infarkt və ifliclə bağlı 2.5 milyon ölümün qarşısını alacağını söyləyən həkimlər "gündə bir çay qaşığından daha az duz qəbul etmək illik infarkt riskini 5 faiz, iflic riskini 3 faiz və ölüm riskini 4 faizə qədər azaltmış olur" deyib. Gündəlik duz istehlakının 5 qrama endirilməsi ilə hər il dünyada ürək böhranı və ifliclə bağlı 2.5 milyon ölüm halının qarşısı alına bilər.  Kiçik bir çay qaşığının təxminən 2.5 qram duz aldığını düşünsək biz gündə təxminən 6 çay qaşığı duz alırıq. Halbuki hədəfimiz gündə 2 çay qaşığını keçməməlidir. 

Duz istifadəsini azaldacaq 10 təklif:

-Yeməyin dadına belə baxmadan duz qoymayın. Duzsuz yemək çox dadsızdır deyirsinizsə bibər, sirkə, limon suyu və müxtəlif bitkilərlə yeməyinizi dadlandıra bilərsiniz;

-Duzsuz çörək yeyin. Təzə tərəvəz yeyin. Konserv, turşudan uzaq durun.

-Yemək bişirərkən duz qoymayın, bişirdikdən sonra da qoymayın.

-Duzu azaldılmış pendir yeyin.

-Həkim və ya əczaçıyla məsləhətləşərək süni duz istifadə edə bilərsiniz.

-Çöldə yemək yeyərkən seçici olun.

-Nanə, kəklik, soğan, sarımsaq yeməklərə duz olmadan ləzzət verir. Ətləri sarımsaq, sirkə, limon suyunda saxlayın.

-Tərəvəz, meyvələrə ümumiyyətlə az duz daxildir.

-Təzə qoz-fındıq, qoz, pərpətöyün yeməyə ləzzət qatar.

-Alış-veriş edərkən qida etiketindəki duz miqdarına baxılmalıdır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs