news Image
2012.05.16
12:26
| A A A
8 min nəfərlik məscid layihəsi - FOTOLAR

Mövqe.Az bildirir ki, Türkiyənin Hatay ərazisinin İskəndəriyyə mahalında içində, Quran kursu, avtopark və konfrans zalı və yas mərasiminin keçiriləcəyi yer olan 8 min nəfərlik məscid inşa ediləcək.

Məscid layihəsi ilə əlaqədar Hatayın başçısı Celalettin Lekesiz yığıncaq təşkil edib. Ticarət və Sənaye Zalındakı yığıncaqda çıxış edən Lekesiz dəniz yolu ilə şəhərə gələnlərin də görməsi baxımından məscidin yüksəldilməsi təklifini irəli sürüb.

Limanın özəlləşdirilməsi ilə birlikdə şəhərə hər il ən az 5 min  gəminin gələcəyini söyləyən Lekesiz bildirib ki, "Dəniz yolu ilə İskəndəriyyəyə gələnlər bu möhtəşəm məscidi görməlidirlər. Aşağı mərtəbəyə 500 yerlik avtopark etsək məscidi bir az yüksəltmiş olarıq. Qarşıdakı investisiyaları da düşünsək, 3-5 ilə qədər İskəndəriyyənin əhalisi 500 min nəfər olacaq."

Layihəni çəkən memar Məsud Yılmaz məscidə xüsusilə Ramazan ayında insan axınının çox olduğu üçün gözəl bir dizayn hazırladıqlarını bildirib.

Yılmaz, 8 min adamın namaz qılacağı məscidin içində konfrans zalı, 6 mənzil, oxu zalı, Quran kursu, yas mərasiminin keçirilməsi üçün yer, çay evi, 420 yerlik avtopark olacağını bildirib.