Əlaqə Arxiv
news Image
2013.08.26
14:39
| A A A
Galaxy Note 3 sentyabrda gəlir

Movqe.Az xəbər verir ki, Samsungun gözlənilən tableti Galaxy Note 3 üçün tarix yaxınlaşır. Hələ hansı prosessoru istifadə edəcəyi bəlli olmayan tablet üçün Koreyadan gələn hesabata görə qərar verilib. Hesabata görə Exynos Octa prosessorundakı problemlər səbəbiylə Qualcommun Snapdragon 800 prosessoru seçim ediləcək. İlk 4 milyon Galaxy Note göndərişlərində istifadə ediləcək bu prosessorun ardınca isə gələcəkdək 20-30 % Galaxy Note modeli səkkiz nüvəli Samsung Exynos 5420 prosessorundan güc alacaq. Ötən həftə yayımlanan ölkə siyahılarında Galaxy Note 3-ün çin versiyası olan 2 fərqli modeli olacağı bildirilib. Cihazın hansı prosessorla qarşımıza çıxacağı 4 Sentyabrda Berlində keçiriləcək təqdimatda müəyyən olacaq.


Sizin Reklam Yeriniz