Əlaqə Arxiv
news Image
2013.08.27
19:18
| A A A
Elektron siqaret də xərçəngə səbəb olur

Movqe.Az xəbər verir ki, Siqareti buraxmaq üçün elektron siqaret istifadə edənlərə pis xəbər var. Fransadakı bir araşdırmanın nəticəsinə görə, elektron siqaret xərçəngə səbəb ola biləcək maddələr ehtiva edir. Hətta bəzən klassik siqaretdən daha çox risk daşıyır. Fransa İstehlak Milli İnstitutunun araşdırmasına görə elektron siqaret də xərçəngə səbəb ola biləcək maddələr ehtiva edir. İnstitut, qısaca e-siqaret olaraq bilinən məhsulların da, iddiaların əksinə, xərçəngə səbəb ola biləcək maddələr ehtiva etdiyini bildirib. Fransada istifadə edilən on dəyişik elektronik siqaret üzərində edilən araşdırma, "nəzərəçarpacaq nisbətdə kanserogen maddəyə rast gəlindiyi" açıqlanıb. Instituta görə bu maddələr arasında müxtəlif toksik molekullar da var. Üstəlik, bu toksik maddələrin varlığı məhsul etiketlərində göstərilmir. Araşdırma, elektron sigaretlərdəki nisbətin bəzən klassik siqaretlərə nisbətən yüksək olduğunu da aşkar edib. Dünya Sağlamlıq Təşkilatı elektron siqaretin zərərləri mövzusunda xəbərdarlıq etmiş, potensial risklər ilə əlaqədar araşdırmalar tamamlanmazdan əvvəl istehlakçılara istifadə etməmələri tövsiyəsini etmişdi. Fransada təxminən 1 milyon insanın nizamlı olaraq elektron siqaret istifadə etdiyi təxmin edilir.

Sizin Reklam Yeriniz