news Image
2013.08.29
14:33
| A A A
iPad əlində partladı

Movqe.Az xəbər verir ki, son zamanlarda elektrik yığan halda partlayan ağıllı telefon xəbərləri hər kəsi qorxudur. Son dəfə İngiltərədə yaşayan Tim Qilloley, tablet kompüteri elektrik şəbəkədə olarkən əlinə alıb. Elə bu vaxt yenə eyni şey olub və ipad əlində partlayıb, özü isə qüvvətli elektrik cərəyanına məruz qalıb. Qilloleyin tək təsəllisi isə kiçik qızına heç nə olmaması idi. Çünki gənc kişi əgər iPad qızının əlində olsaydı onu öldürəcək gücdə bir elektrik cərəyanının ortaya çıxdığını iddia edib. Tim Qilloleyə görə ötən şənbə günü, 8 yaşındakı qızı Kole atasından iPadi şəbəkədən çıxarmasını xahiş edib, "O qədər böyük bir partlayış oldu ki, məni otağın o biri ucuna atdı. Şoktaydım. Özümdən asılı olmadan  iki dəqiqə müddətində güldüm. Qolumdan aşağıya cərəyan keçdi. qızım Kole gözyaşları içində qaldı. iPadimizi 10 dəfə şəbəkəyə taxırıqsa, 9-da qızım özü alır. Lakin bu axın onu öldürə bilərdi ". Tim həmçinin "Məhsula nəzarət etmələri üçün təmirə göndərdik, lakin bizə aylar sonra geri qaytardılar və heç bir problem olmadığını söylədilər" deyib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs