Əlaqə Arxiv
news Image
2013.08.29
22:16
| A A A
Qızılı rəngli iPhone 5s

Movqe.Az xəbər verir ki, YouTube-da  meydana çıxan yeni bir video, qızıl rəngli iPhone 5S-i təqdim edib.Apple-ın 10 sentyabrda təqdim etməsi gözlənilən iPhone 5S-in "ağ-qara" ənənəsini sona çatdıracağına inanılır. Phone 5S-in çox danışılan qızılı rəngli şəkillərindən sonra videosu da meydana çıxıb. YouTube TechSmart adlı kanalda bir video yayımlayan Keaton Keller adlı istifadəçi, qızıl-şampan rəngli iPhone 5S-i, köhnə modellə müqayisə edib. Dizayn olaraq iPhone 5-ə bənzəyən 5s olduğu iddia edilən cihaz, köhnə modeldən tək bir fərqlə ayrlır. Bu fərqlilik, kameranın yanında olan, düzbucaqlı şəklindəki flashdır. Qulaqlıq girişi və Lightning port əlaqəsi telefonun altında olan cihaz, səs açma-bağlama və səssizə qoyma düyməsini iPhone 5 ilə eyni dizaynda, eyni yerlərdə saxlayır. Kellerin təqdim etdiyi prototipin həqiqi iPhone 5S-ə aid olduğunu təsdiqləyən bir qaynaq tapılmır.


Sizin Reklam Yeriniz