news Image
2012.05.17
10:55
| A A A
Olimpiada məşəlini Bekhem daşıyacaq

Movqe.Az BBC-yə istinadən bildirir ki, Olimpiada məşəlini Afinadan İngiltərəyə məşhur ingilis futbolçu Devid Bekhem və Şahzadə Anna gətirəcək.

İngiltərə milli komandasına girməsi gözlənilən futbolçu bugün axşam bir həftədir Yunanıstanda olan Olimpiada məşəlini mərasimlə təslim alacaq.

Aralarında beş gənc idmançının olduğu nümayəndələr Olimpiada məşəlini İngiltərəyə "British Airways"ın ''Firefly'' yəni "Mayböcəyi" adlı təyyarəsi ilə gətirəcək.

Təyyarəyə "Mayböcəyi" adı ingilis şagirdlər tərəfindən verilib.

Təyyarə mühəndislərin 9 günlük işləri nəticəsində sarı, ağ və qızılı rəngə boyanıb.

Məşəlin İngiltərədəki 70 günlük və 8 min millik səfəri Şənbə günü səhər başlayacaq.

Məşəl bütün ölkədə 8 min idmançı tərəfindən daşınacaq.

İyul ayının 27-si oyunların açılış günü məşəl Stratforddakı Olimpiada Stadiyonuna çatdırılacaq.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs