news Image
2012.05.17
19:50
| A A A
Eurovision.az saytı bərpa edildi

Bu gün haker hücumuna məruz qalmış eurovision.az saytı bərpa olunub. Lent.az-ın məlumatına görə, mütəxəssislər bir neçə saata saytı bərpa etməyə nail olublar.

Haker hücumuna məruz qalmış digər saytlar da bərpa edilib.

Qeyd edək ki, eurovision.az-dan başqa, eurovisionaz.com və ann.az saytlarına da hücum olub. Ann.az- ın ana səhifəsində özlərini "Cyber Döyüşçüləri" Azərbaycan Fədailəri Müqavimət Dəstəsi kimi təqdim edən qrupun tələbi yerləşdirilib. Qrup Bakıda keçiriləcək "Eurovision-2012" Mahnı Müsabiqəsinin ləğv olunmasını tələb edir. Həmçinin, Bakıda təşkil olunacağı iddia edilən "gey parad"ın ləğvini istəyir. Ana səhifədə mərhum yazıçı Rafiq Tağının şəkli yerləşdirilib.