Əlaqə Arxiv
news Image
2012.05.18
14:29
| A A A
Facebook bu gün birjaya girir

Movqe.Az CNN-nə istinadən bildirir ki, Sosial şəbəkə olan  Facebook bu gün 421 milyon hissəsini, hər hissə 38 dollardan hesablanaraq, satacağını açıqlayıb.

Keçən çərşənbə axşamı günü hər hissəyə 34-38 dollar arasında təyin etdiyini açıqlayan Facebook bugün qiymətin 38 dollar olacağını xalqa elan edib. Beləliklə, şirkətin dəyəri maksimum 104 milyard dollar olub.

New York  Daşınan Mallar Birjasının elektron bazarının icra olunduğu Nasdaq indeksində bu gün, "FP" hərfləri ilə icra olunan Facebook, birjaya girən ən böyük internet şirkəti və bütün sektorlar içində də ikinci böyük şirkət olacaq.

Facebook, bu gün xalqa edəcəyi elanda daha əvvəl təyin etdiyi hissə satış miqdarını tələblərin çox olması səbəbinə görə dünən 25 faiz artırdı.

Şirkət ABŞ Daşınan Mallar Birjasına 337 milyon hissə yerinə 421 milyon hissəni satışa qoyacağını bildirib.

Beləliklə, Facebook satışdan 12 milyard 100 milyon dollar yerinə, təxminən 16,2 milyard dollar əldə etməyi planlaşdırır.

 

 

Sizin Reklam Yeriniz