news Image
2012.05.22
11:56
| A A A
25 dollara kompüter
Movqe.Az xəbər verir ki, "Raspberry Pi" adlı xeyriyyə təşkilatı, Linux əməliyyat sistemi ilə işləyən kiçik və yüngül kompüterlər istehsal edir. Model A 35 dollar, bu yaxınlarda çıxacaq Model B isə yalnız 25 dollardan satılacaq. "Raspberry Pi" indiyə qədər çıxan ən ucuz kompüterlərdir. Yaradıcıları bu kiçik kompüterləri dünyanın hər tərəfindəki uşaqlara çatdırmağı qarşılarına məqsəd qoyublar.
"Raspberry Pi"nin qurucusu Eben Upton uşaqlığının böyük bir hissəsini yeni proqramları inkişaf etdirərək və kodlaşdırma dillərini öyrənərək keçirib. Upton bir çox uşağın kompüterdən istifadə imkanı olmamasını, imkanı olan uşaqların isə ailənin ortaq kompüteri olduğuna görə zərər verməkdən qorxduqları üçün az istifadə etdiklərini söyləyir.
Buna görə də,Upton İngiltərədə 2006-cı ildə "Raspberry Pi" adlı xeyriyyə təşkilatı yaradıb. Tək hədəfi isə dünyanın hər küncünə bu kompüterləri göndərib gənclərin təhsilində iştirak etmək və üfüqlərini genişlətməkdir.
Qiymətinin çox ucuz olması "Raspbery Pi"yə olan tələbləri artırıb. Bazara çıxan ilk 10 min kompüter dəqiqələr içində alınıb. Upton, indiyə qədər 250 mindən çox sifariş aldıqlarını bildirib. Bunların arasında ticarət şirkətləri, xəstəxanalar və muzeylər də var.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs