Əlaqə Arxiv
news Image
2012.05.24
17:35
| A A A
“Apple”ın logosu əvvəllər tərs idi

Movqe.Az CNN-n istinadən bildirir ki, "Apple"ın bütün dünyada tanınan alma logosu əvvəllər "Apple Notebook"larında tərs olaraq istifadə edilib. Firmanın köhnə işçilərindən biri olan Coe Moreno bu mövzuya aydınlıq gətirib.
Hal-hazırda isə "Apple"ın logosu açıq notebooka tərs baxıldığında düz mövqedə görülür.
Bəs bu "tərs logo"nun hekayəsi nədir?
Morenonun izah etdiyinə görə,  "Apple Design Group" bu mövzu üzərində ciddi şəkildə müzakirə edib. İstifadəçi "Apple Notebook"unu qarşısına qoyanda "Apple" logosunun düz görünməsini istəsə,qapağı açıldığında logo tərs görünəcəkdi.
Əks halda isə "notebook" açılmadan əvvəl logo tərs görünəcək, ancaq açıldığında logo düz görünəcəkdi.
Bu barədə son qərarı "Apple"ın keçmiş baş direktoru Stiv Cobs verib və logonun "notebook" açıldığında tərs görünməsinə qərar verib.
Ancaq bir neçə il sonra bu fikirdən imtina edilib.

Sizin Reklam Yeriniz