news Image
2012.05.24
19:35
| A A A
"Bir daha "Eurovision" səhnəsində çıxış etməyəcəm"
Aleksand Rıbak Eurovision Mətbuat Mərkəzində mətbuat konfransı keçirib

Bir neçə gündür Bakıda qonaq olan "Eurovision 2009" qalibi Aleksandr Rıbak Eurovision Mətbuat Mərkəzində mətbuat konfransı keçirdi. Bir neçə gündür Bakıda olan müğənni xarici və yerli jurnalistlərlə görüşdü. İfaçı media nümayəndələrinə yeni klipini təqdim etdi. Klip rus dilində yazılmış "Strela amura" mahnısına çəkilib. Norveçə "Eurovision" qələbəsini yaşadan belaruslı müğənni bu addımı rusdilli sevənlərinə daha da yaxın olmaq məqsədilə atıb. Müğənni tənhalıqdan bəhs edən mahnıya çəkilmiş klipdə öz həyatından danışdığını söylədi: "Şikayət etməkdənsə, bu klipi çəkdim".

Aleksandr Rıbak Azərbaycana xüsusi rəğbət bəslədiyini bildirdi: "Hər dəfə Bakıya dəvət aldıqda, burada sevildiyimə bir daha əmin oluram və mənim bu ölkəyə olan sevgim artır".

Skripkaçı Azərbaycanın milli musiqi aləti kamança ilə tanış olduğunu dilə gətirdi: "Kamançada ifa etmişəm. Bu çox heyranedici hisslər idi".

Rıbak bundan sonra "Eurovision" səhnəsində çıxış etməyəcəyini bəyan etdi: "Eurovision" yeni ifaçıların özlərini təqdim etmək üçün bir fürsətdir. Mən özümü ikinci dəfə təqdim etmək istəmirəm. Amma heç vaxt "heç vaxt" deməzlər".

Aleksand Rıbak "Eurovision 2012" Rusiyanın "Buranovskiye babuşki" qrupunun qalib olarsa, Moskvada keçiriləcək "Eurovision 2013"də bəstəkar kimi iştirak etmək arzusunu dilə gətirdi.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs