Əlaqə Arxiv
news Image
2013.12.05
18:08
| A A A
Bakıda yaponlara möhtəşəm hədiyyə

Yapon mətbəxi UNESCO-nun "Dünyanın Mədəni İrsi" siyahısına daxil edilib.

Yapon milli mətbəxi və Yaponiyanın kulinar ənənələrinin siyahıya daxil edilməsi barədə qərar bu gün, UNESCO-nun Bakıda keçirilən beynəlxalq konfransında qəbul edilib.


Yaponiyanın baş naziri Sindzo Abe qərardan qürur duyduqlarını deyib: "Mətbəximizin UNESCO siyahısına salınması yapon mətbəxinin inkişafına, habelə əcnəbilərin diqqətinin artmasına səbəb olacaq. Bundan başqa, ümid edirəm ki, ölkəmizin gəncləri milli mətbəx ənənələrinə daha diqqətlə yanaşacaqlar".


UNESCO-nun Bakı konfransı dekabrın 7-də başa çatacaq.

Sizin Reklam Yeriniz