Əlaqə Arxiv
news Image
2013.12.06
16:35
| A A A
Gmail hesabınızı nüsxələyə biləcəksiniz!?

Movqe.Az xəbər verir ki, Google-ın təqdim etdiyi yeni imkanla birlikdə Gmail hesabınızı olduğu kimi nüsxələyə biləcəksiniz. Öz rəsmi bloqunda şərh verən Google, e-poçt xidməti Gmailin bütün məzmunuyla kompüterinizə yüklənməyə hazr olduğunu deyib. Firma, bir ay ərzində istifadəçilərinə göndərəcəyi bir mesajdan sonra bu dəyişikliyi, internet istifadəçilərinə təqdim edəcək.

Bu fürsətdən, Google Apps istifadəçilərinin də  eyni vaxtda faydalanması gözlənilir. Nüsxələnə bilən məlumatlar arasında e-mailləriniz olmayacaq. Eyni zamanda Təqvim, Google+, Youtube, Drive kimi məşhur xidmətləri də nüsxələnə bilən fayllar arasında tapa bilərsiniz.


Bəs necə etmək lazımdır?


Əvvəlcə Gmail hesabınıza daxil olmalısınız. Daha sonra "Arxiv yarat" düyməsinə basaraq istədiyiniz məlumatları arxivləşdirə biləcəksiniz.


Sizin Reklam Yeriniz