news Image
2012.05.29
17:12
| A A A
Yay ayında dərini necə qorumaq lazımdır?

Üz və əllər üçün ən çətin dövür yay aylarıdır. Bu haqda Movqe.Az-a həkim-kosmetoloq Svetlana Əliyeva açıqlama verdi. Onun sözlərinə görə, qadın dərisi olduqca zərifdir. Yay aylarında isə dəri yağlı olur.

"Yay aylarında qadınlar dərilərinə xüsusi ilə baxmalıdırlar. Çünki məsz, yay aylarında dəri müxtəlif fəsadlara məruz qalır.

İsti havada gəzmək qadınların üz dərisi üçün çox təhlükəlidir. Nəticə də üz dərisində müxtəlif ləkələr əmələ gələ bilər. Sonradan bu ləkələr ilə mübarizə olduqca çətindir.

Yaxşı olar ki, qadınlar günəşə çıxmamışdan əvvəl nəmləndirici və günəş şüasından qoruyan kremlərdən istifadə etsinlər.

Əgər qadınların kosmetoloqa getmək imkanı yoxdursa, ev şəraitin də müxtəlif maskalardan istifadə edə bilərlər. Lakin unutmasınlar ki, üz dərisinə yetərincə baxmasalar bu onlar üçün müxtəlif problemlər yaradacaq", - Svetlana Əliyeva dedi.

Qeyd edək ki, həkim-kosmetoloq üz dərisinin yaxşı görünməsi üçün, qadınların qidalarına da fikir verməsinin mütləq olduğunu bildirdi.

Türkan Nadirqızı

Movqe.Az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs