Əlaqə Arxiv
news Image
2014.01.02
15:28
| A A A
NSA "iPhone"ları izləyir?

Movqe.Az xəbər verir ki, Apple, Der Spiegel adlı alman qəzetinin, iPhoneləra sızdırılan NSA-nın "DROPOUT JEEP" olaraq bilinən proqramının, kontakt siyahısına, check-in yəni yer bildiriş edənlərin mövqe məlumatlarına və göndərilən ismarıcların çatdığını iddia edən xəbərindən sonra bir şərh verib.


Apple firması spikeri Kristin Huquet tərəfindən edilən şərhdə "Apple, iPhone daxil olmaqla, məhsullarımızdan hər hansı birində, "arxa qapı" yaratmaq üçün heç vaxt NSA ilə işləmədi" deyilib.


Huquet şərhindəhəmçinin ''məhsullarımızı hədəfləyən bu NSA proqramının fərqindəyik'' ifadəsini istifadə edərək bunları qeyd edib:''Bunların arxasında kim olursa olsun, müştərilərimizi təhlükəsizlik hücumlarına qarşı müdafiə etmək və pis niyyətli xakkerlər qarşısında olmaq üçün qaynaqlarımızı istifadə etməyə davam edəcəyik.''


Der Spiegel iPhonelardan məlumat sızdırmaq üçün gizli bir proqram istifadə edildiyini iddia etmiş və diqqətləri üzərinə çəkmişdi.

Sizin Reklam Yeriniz