news Image
2014.01.02
15:45
| A A A
Yaponlardan yeni və çılğın kəşf

Movqe.Az xəbər verir ki,Yapon mühəndislər səs dalğalarıyla maddələri hava boşluğunda uçurmağı bacarıb.


Tokio Universitetindəki elm adamları bir müddətdir səs dalğaları üzərində işləyirdi. Məqsədləri isə bir maddəni əvvəl havalandırıb, sonra isə sağa-sola və öz ətrafında hərəkət edə bilməsini təmin etmək olub.


Elə ilk mərhələdə Yapon elm adamları bunda müvəffəq ola bilib. Kafi enerji verildiyində maddələr səs dalğasıyla asanca hərəkət edə bilib.


Ancaq səs dalğaları ilk dəfə bu şəkildə istifadə edilmir. Daha əvvəl də bir qrup elm adamı səs dalğalarıyla bunu etmişdi, ancaq bu üsulda yalnız bir hissəcik müəyyən bir oxda hərəkət edə bilirdi. Tokiodakı elm adamları isə bu üsulu təkmilləşdirərək həm aşağı yuxarı, həm də sağa sola maddənin hərəkət edə bilməsini təmin edib. Bunun üçün səs dalğasından başqa xarici hər hansı bir gücə də ehtiyac duyulmur.