news Image
2014.01.03
17:30
| A A A
Buzdan yük maşını düzəltdilər

Movqe.Az xəbər verir ki, Kanadanın Ontario əyalətində bir şirkətin işçiləri , 6 min 350 kilo buz istifadə edərək düzəltdikləri qrammofon tipli yük maşınını işlədərək 1,5 kilometr yol getdilər.

Ontario əyalətindəki Hensall şəhərində "Canadian Tire" adlı bir şirkətin əməkdaşları daha əvvəl heç edilməmiş bir şeyi müvəffəqiyyətlə edərək Guinness Rekordlar kitabına girməyə namizəd olublar. 2005 model Chevy Silverado 2500 marka valı alt təbəqəsi üzərinə buz qəliblərini yerləşdirərək hazırlanan buzdan yük maşını üçün düz 6 min 350 kiloqram buz istifadə edilib. Yük maşının xarici kapotu , şüşələri , aynaları , faraları belə buzdan hazırlanıb. "Canadian Tire" , akumulyatorlarının -40 dərəcədə belə çalışa bildiyini sübut etmək üçün buzdan yük maşını hazırlamaq qərarına gəlib. Yük maşını təxminən 20 km / s sürətdə 1,5 kilometr gedə bilib.