news Image
2014.01.03
18:00
| A A A
"Samsung Galaxy F" gəlir

Movqe.Az xəbər verir ki, Samsung, digər telefonlardan fərqli olaraq metal üzlüyə sahib Galaxy F üzərindəki işlərini artırıb. Samsungun bu il bazara çıxarması gözlənilən telefonu Galaxy S5, şirkətin yeganə silahı olmayacaq. Galaxy F model ayrı bir telefon üzərində çalışan Cənubi Koreya mərkəzli texnologiya nəhənginin bu telefonunun digərlərindən ən əhəmiyyətli fərqi isə dizaynı ilə bağlıdır. Metal qabıyla diqqət çəkən cihazın xüsusiyyətlərinin də Galaxy S5 ilə bənzərlik daşıması gözlənilir. ARM əsaslı CortexA57/A53 prosessordan güc alacaq Galaxy F, 16 megapiksel, daxili kamerasıyla yüksək həllolma əmsalı olan fotoşəkillər çəkə biləcək.

 Cihazın Fevral ayında reallaşdırılması planlanan Mobil Dünya Konqresində nümayiş edilməsi gözlənilir.