news Image
2014.01.05
15:24
| A A A
Bu xəstəlikdən özünüzü qoruyun!

Movqe.Az xəbər verir ki, Dünyada inkişaf etməkdə olan ölkələrdəhəddindən artıq kilolu şəxslərin sayının 1980-ci ildən bu yana təxminən 4 dəfə artaraq , az qala bir milyarda çatdığı bildirilib.

İngiltərədəki  Xarici İnkişaf İnstitutunun ( ODI ) nümayiş etdiyi hesabatda , dünyada hər üç nəfərdən birinin həddindən artıq kilolu olduğu və hökumətlərin insanları sağlam bəslənməyə təşviq etməsi lazım olduğu deyilib. Hesabatda , ürək böhranı , iflic və diyabet xəstəliklərində böyük artım nəzərdə tutulsa da , dünya səviyyəsində həddindən artıq kilolu olan olan , bədən kütlə indeksinin 25-dən çox olan yetkinlərin nisbətinin 1980-ci ildən 2008-ci iləqədər 23 faizdən 34 faizə yüksəldiyi açıqlanıb. Hesabata görə , inkişaf etməkdə olan ölkələrdə1980-ci ildə bədən kütləindeksi 25-i keçən təxminən 250 milyon insan olduğu halda , bu rəqəm  2008-ci ildə 904 milyona çıxıb. İnkişaf etmiş ölkələrdəki həddindən artıq kilolu yetkin sayının 557 milyon olduğu deyilib.

Cəmiyyət sağlamlığı hesabatına baxaraq Şimali Afrika , Latın Amerikası , Yaxın Şərq bölgələrinin piylənmə sayında Avropa ilə eyni nisbətə çatdığı , Şimali Amerikanın 70 faizinin piylənmə xəstəliyində dünya lideri mövqeyində olduğu , Şimali Amerikanı 63 faiz nisbətlə Avstraliya və Latın Amerikanın izlədiyi açıqlanıb.

 

Həmçinin dünyada ən çox şəkər istehlak edən ölkələrin ABŞ , Belçika , Hollandiya , Yeni Zellandiya , Kosta Rika və Meksika olduğu qeyd edilib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs