Əlaqə Arxiv
news Image
2014.01.07
12:00
| A A A
Tibbdə yeni kəşf! Xərçəngə yeni müalicə gəlir! - FOTO
Professor Maykl Kinqin fikrincə, 90 faiz xərçəng ölümü “metastatik xərçəng”lə bağlıdır.

Xərçənglə bağlı tədqiqatlar davam edir. Son tədqiqatlara görə, öldürücü xərçəng "yapışqan topları" qandakı bəsxassəli şiş (tümör) hüceyrələrini məhv edə, xərçəngin yaranmasının qarşısını ala bilər. Bu haqda Movqe.Az "BBC"yə istinadən xəbər verir. Ən təhlükəli və ölümcü mərhələ şişin bütün bədənə yayılmasıdır. ABŞ-ın Kornel Universitetinin elm adamları, qan dövranında yerləşən və hərəət edən xərçəng hüceyrələrini öldürən nanohissəciklər hazırlayıb. Onlar effektin "təsirli" olduğunu desələr də, daha çox işləmələri lazım olduğunu qeyd edib. Professor Maykl Kinqin fikrincə, 90 faiz xərçəng ölümü "metastatik xərçəng"lə bağlıdır.

Kornelin komandası problemi həll etmək üçün yeni yol sınqadan keçiriblər. Onlar, "trail" adlanan öldürücü-xərçəng zülalları və digər yapışqan zülalları kiçik sahələrə və ya nanohissəciklərə əlavə ediblər. Bu yapışqan hissəciklər isə iynəylə  qana vurulub, və ağ qan hüceyrələrnə (leykositlərə) yapışıb. Təcrübə göstərdi ki, leykositlər qan dövranında istənilən tümör hüceyrəsini məhv edə bilər və yaxud onun yayılmasının qarşısını ala bilər. Təcrübə gedişatı "National Academic of Sciences" jurnalında yayımlanıb. 

Sizin Reklam Yeriniz