Əlaqə Arxiv
news Image
2014.01.07
12:32
| A A A
Supernova toz fabriki görüntüləndi - FOTO

Çili səhrasında yerləşən teleskoplar diqqəçəkici bir görüntü çəkə bilib. Onlar yeni toz hissəcikləriylə dolu kiçik supernova görüntüsü əldə edə bilib. İlk dəfə idi ki, astronavtlar kainatdakı qalaktikanı formalaşdıran zərrəciklərin yaranmasının şahidi olub.Movqe.Az BBC-yə istinadən xəbər verir ki, fotoşəkil "Alma" (Atakama Böyük Millimetri/submillimetr massivi) teleskopu vasitəsilə çəkilib. Məlumat 223-cü Amerika Astronomiya Cəmiyyəti iclasında açıqlanıb. Məqalə "Astrophysical Journal Letters"də yayımlanıb. Müzakirəni həll etməkü üçün, İngiltərə və ABŞ-dan gələn astronovtlar komandası Yerdən 168.000 işıq ili uzaqlıqdakı supernovanı müşahidə edib. Onların fikrincə, partlayışdan sonra soyuyan qaz təbəqəsi qatı molekulları- oksigen, karbon və silisiumu formalaşdırıb. Dr Indebetou "Biz Ejektanın (ayrılmış bulud hissəciklərinin) mərkəzində böyük toz kütləsi tapdıq. Şəklin mərkəzində qırmızı bölgəni görmək mümkündür. Bu çox həyəcanveri haldır." deyib.

" Supernovalar ulduzların məhvinə bir işarədir, onlar həmçinin yeni material və enerjinin də  mənbəyidir. Bizim həyatımız supernovalarda sintez olunan kimyəvi elementlər olmadan çox çətin ola bilərdi". Zərrəciklər ucsuz-bucaqsız boşluqları çətinliklə yaradır. Əgər Supernovalar onlardan çox yaratsa bu, Günəş və Yerin son dəfə formalaşmasında müsbət nəticə verəcək" bu sözləri Keele universitetinin professoru olan Dr Cakko van Lun deyib. 

Sizin Reklam Yeriniz