news Image
2014.01.07
19:30
| A A A
İranda naməlum qadınlarla İnternetdə yazışmaq qadağan olundu
İranın ali dini lideri Ayətulla Əli Xameneyi kişilərə və qadınlara tanımadıqları şəxslərlə yazışmağa qadağa qoyub. Milli.Az RİA Novosti-yə istinadən xəbər verir ki, Xameneyi bu barədə fətva verib. 

"Mənəviyyata vurduğu zərbə nəzərə alınaraq, bununla əlaqədar (yazışmağa) icazə verilmir", - Əl-Ərəbiyyə telekanalı ali dini liderin fətvasından sitat gətirib.

Bu günlərdə İranda smartfonlar üçün WeChat proqramı da qadağan olunub. Həmin proqram vasitəsi ilə insanlar sosial şəbəkələrə də daxil ola bilirdilər. 

Qeyd edək ki, İran siyasi rəhbərliyinin, o cümlədən prezident Həsən Ruhaninin Facebook və Twitter sosial şəbəkələrində aktiv profilləri var.