Əlaqə Arxiv
news Image
2014.01.08
11:30
| A A A
Siqaret aludəçilərinin sayı 1 milyarda yaxınlaşır
Dünya əhalisi ötən 50 ildə iki dəfə artaraq 7 milyard olub və çox insan bu vərdişə tutulub.

Siqaret çəkmək dünyanın müxtəlif hissələrində məşhurluğunu itirsə də, qlobal rəqəmlərə görə siqaret çəkənlərin sayında azalma yoxdur. 187 ölkədə aparılan hesabata görə,1980-ci ildə gündə 721 milyon insan siqaret çəkirdisə, bu rəqəm 2012-ci ildə 967 milyon olub. 

JAMA-ın tədqiqatına görə bu artım əhali sayının çoxalmasıyla bağlıdır. Dünya əhalisi ötən 50 ildə iki dəfə artaraq 7 milyard olub və çox insan bu vərdişə tutulub. Rəqəmlərə görə, Banqladeş, Çin, Rusiya kimi bir neçə belə böyük şəhərlərdə son günlərdə siqaret çəkənlərin sayında artım olub. "Həqiqətən də ən böyük göstərici də, hazırda inkişaf etməkdə olan ölkələrdədir" bu sözlər ABŞ-ın Səhiyyə Metrik və  Qiymətləndirmə Vaşinqton Universitetinin JAMA hesabatında yazılıb. Əgər 1980 ci ildə gündə hər 10 kişidən 4-ü(41%) və 10 qadından 1-i(10%) siqaret çəkirdisə, indi hər 10 kişidən 3-ü(31%) və hər 20 qadından 1-i (6%) siqaret çəkir. Movqe.Az BBC-yə istinadən xəbər verir ki, tütünün ən geniş istifadə olunduğu şəhər Şərqi Timordur. Əhalisinin 61 faizi siqaret çəkir. (Şərqi Timor - Cənub-Şərqi Asiyada dövlət). Siqaretlə bağlı xəstəliklərin ən çox yayıldığı ölkələr isə Yunanıstan, İrlandiya, İtaliya və Yaponiya, habelə, Çin, Küveyt, Flippin, Rusiya, İsveçrə və Uruqvaydır. Dünya Səhiyyə Təşkilatı milyonlarla insanın həyatını xilas etməyin yolunu siqaret vergisinin və siqaret çəkmə qanunlarının artırılmasında görür. Bütün dünyada 2012-ci ildə  təxminən 6.25 trilyon siaret çəkilib. Halbuki bu rəqəm 1980-ci ildə 4.96 trilyon idi

Sizin Reklam Yeriniz