Əlaqə Arxiv
news Image
2014.01.08
13:48
| A A A
App Store 10 milyard dollarlıq gəlir əldə etdi

Applenin proqram mağazası App Store 2013-cü ildə də "Apple"ın üzünü güldürməyə davam edir. Belə ki, şirkətin bu mağazadan əldə etdiyi gəlir 10 milyard dolları ötüb. Movqe.Az xəbər verir ki, Apple edilən şərhdə App Store-un yeni bir rekorda imza atdığı və 10 milyard dollarlıq gəlir əldə edildiyini bildirib. Şirkət, eyni zamanda özləri üçün ən bərəkətli ayın da 1 milyard gəlirin əldə edildiyi dekabr ayı olduğuna diqqət çəkib.


2013-cü ilin ortalarında 50 milyard proqram yükləmə rəqəminə çatan və bu sahədə qazanılması çətin bir rekorda imza atan App Store-da1 milyondan çox tətbiq var və bunun yarısı iPads üçün inkişaf etdirilmiş vəziyyətdədir.

Sizin Reklam Yeriniz