Əlaqə Arxiv
news Image
2014.01.08
16:00
| A A A
Ağ dərili xanımlarda xərçəng riski daha çoxdur?
Movqe.Az "The Telegraph" a istinadən xəbər verir ki, ağ dərili qadınların xərçəng xəstəliyinə tutulma riski qara dərili qadınlara və Cənubi Asiya xanımlarına nisbətən daha böyükdür. Beləki ağ dərili xanımlar (xüsusilə britaniyalı xanımlar) daha çox içki içir və daha az körpə dünyaya gətirir. Alimlər müəyyən edib ki, ingiltərədə yaşayan ağ dərili qadınların xərçən göstəricisi daha çoxdur. Onlar bunu genetik faktorlarla deyil, xanımların "həyat şəraiti və reproduktiv"faktorlarla əlaqələndirib. Tədqiqatı Oksford Universiteti alimləri düz 1 milyon qadın üzərində aparıb. 50-64 yaş arası qadınlar təcrübədə iştirak edib. Onların 1996-2001-ci illər ərzindəki sağlamlıq və həyat şəraitləri yoxlanılıb. Xərçəng riski ağ dərili xanımlarda 18 %, qara dərili xanımlarda isə 15% müəyyən olunub. "Britaniya xərçəng Jurnalı"nda yayımlanan tədqiqat alkoqol istifadəsi,  menopozal hormon terapiyası kimi risk faktorlarındakı saysız fərqlilikləri də aşkar edib. Belə ki, Cənubi Asiyalı və qara dərili xanımlar daha çox körpəsahibi olur və onları öz südilə qidalandırır. Eynizamanda, 75 faiz Cənubi Asiyalı, 38 faiz qara dərili, 23 faiz ağ dərili xanımlar işki içmədiyini bildirib. 
Sizin Reklam Yeriniz