news Image
2014.01.09
12:55
| A A A
Nvidia yeni nəsil prosessor modelini tanıtdı

Prosessor və qrafik çipi istehsalında təcrübəli ad olan Nvidia , CES 2014-cü ildə etdiyi mətbuat konfransında yeni nəsil prosessor modeli Tegra K1-i rəsmən tanıdıb.192 qrafik nüvəsindən ibarət Tekra K1 , təchizat və istifadə texnologiyası baxımından Apple-ın A7 prosessoruyla  müqayisədə 2 dəfə güclü performansla qarşımıza çıxır.

Təqdimat əsnasında səhnə ekranına əks etdirilən qrafikdə , Microsoftun Xbox 360-ıvə Sony-in PlayStation 3-ü ilə müqayisə etdirilən Tegra K1-in daha yüksək texniki xüsusiyyətlərə sahib olduğ deyilib. Movqe.az "vg247.com"a istinadən xəbər verir ki, Kepler arxitekturası ilə hazırlanan 192 CUDA qrafik nüvəsinin , ağıllı cihazlar üzərində möcüzə performanslar yaratması planlaşdırılır.

2 versiya olaraq çıxması gözlənilən mobil prosessorun birincisi 2.3 GHz sürətində işləyən və 4 nüvəli 32-Bit prosessor, digəri isə Denver kod adlı , Super Core GPU olaraq da bilinən 2.5 GHz sürətindəki 64-Bit prosessor seriyasıdır. Yeni nəsil prosessorların 2014-cü ilin May ayından etibarən satışa təqdim ediləcəyi bilinir.