Əlaqə Arxiv
news Image
2014.01.13
16:48
| A A A
"Sailor Moon" yeni bölümləriylə ekranlarda

Bir sıra təxirəsalmalara baxmayaraq, yeni "Sailor Moon" animasiya filmi bu ilin iyulundan etibarən işıq üzü görəcək. Cizgi film "Toei Animation" tərəfindən yenidən çəkiləcək. Cizgi filmin musiqisini isə "Momoiro Clover Z " qrupunun istedadlı qızları səsləndirəcək.  Onun rejissorluğunu Munehisa Sakai edəcək. 

Movqe.Az xəbər verir ki, "Sevimli döyüşçü Ay döyüşçüsü" olaraq dilimizə tərcümə edilən animasiya filmi Naoko Takauçinin manqa kimi çəkilmiş ilk animasiyasıdır. Cizgi filmi 1992-1997-ci illərdə çəkilib və 10-dan çox dilə tərcümə olunub.

Hekayə, bir zamanlar günəş sisteminə yayılmış müxtəlif krallıqların yenidən doğulmuş müdafiəçilərinin şeytani güclərlə döyüşmələrini mövzu alan fərqli silsilələrin birləşməsidir. Sailor Senshi (İng: Sailor Soldiers) deyilən əsas simvol, ay və planetlər adına qadın qəhrəmanlara çevrilən gənc qızlardır. "Sailor" sözü Yaponiyada məşhur olan qız məktəb formalarının stilindən gəlir . Xatırladaq ki, cizgi film ölkəmizdə də 2008-ci ildə AzTV kanalında yayımlanmışdı. 


Sizin Reklam Yeriniz