Əlaqə Arxiv
news Image
2014.01.15
12:30
| A A A
Google artıq bütün evdə

Texnologiya nəhəngi Google , ağıllı cihaz texnologiyalarını evlərə daşıyır. Ağıllı termostat və ağıllı sensorları inkişaf etdirən "Nest"i satın alan Google , evlərə də girmiş olacaq. Movqe.Az bu haqda theverge.com-a istinadən xəbər verir.

3.2 milyard dollara tamamlanan satınalma razılaşması Googlenin gələcəkdə inkişaf etdirəcəyi texnologiyalar haqqında ipucu verir.

Google , saat , telefon , eynək və televiziya kimi cihazları "ağıllandırdıqdan" sonra satın  aldığı Nest ilə evləri də "ağıllandıracaq". Ağıllı termostat sistemləriylə ulduzu parlayan Nest , istifadəçilərin ağıllı telefon tətbiqiylə ev temperaturlarına nəzarət etməsini təmin edir. Nest , son dəfə ağıllı duman sensoru inkişaf etdirmişdi. Googlenin Nest-i satın almasının ən böyük səbəbləri arasında ağıllı ev sektoruna girmək istəyi dayanır. Google , beləcə bir-biriylə uyğun çalışan ağıllı cihaz ekosistemi qura biləcək. Googlenin ağıllı cihazlarına sahib olan istifadəçilər , bütün cihazları bir-birinə qoşa biləcək. Məsələn , Googlenin sürücüsüz avtomobili səyahət edən istifadəçiləri evə yaxınlaşanda, ağıllı ev sistemi evi uyğun istiliyə gətirəcək. Buna əlavə olaraq evdəki ağıllı televiziya , istifadəçilərin izlədikləri kanalla açılmış olacaq.



Sizin Reklam Yeriniz