Əlaqə Arxiv
news Image
2012.06.04
18:00
| A A A
Pişiyindən helikopter düzəltdi - FOTO - VİDEO
Movqe.Az xəbər verir ki, danimarkalı sənətçi pişiyindən helikopter düzəldib. İnsanlar ev heyvanları öldükdə bir çox hallarda onlardan ayrıla bilmir. danimarkalı sənətçi də pişiyi öldüyündə eyni duyğuları yaşayıb və onu ömrünün sonuna qədər yanında görmək üçün "əsər" yaradıb.
Danimarkalı sənətçi Bart Yansen çox sevdiyi pişiyi "Orville"nin avtomobil qəzası nəticəsində ölməsindən sonra bir müddət özünə gələ bilməyib.
Bir müddət düşündükdən sonra pişiyini ömrünün sonuna qədər yaşatmaq "yaradıcı" bir yolu tapıb.
Yansen uzaqdan idarə edilən helikopter mütəxəssisi Arjen Beltmanlə əməkdaşlıq edərək Orvillesini belə helikoptera çevirib.
Amsterdamdakı Kunstray Sənət festivalında ziyarətçilərə göstərilən "pişik helikopter" böyük diqqəti cəlb edib.
Yansen festivala danışarkən layihəsini pişiyinə ithaf etdiyini açıqlayıb.


Sizin Reklam Yeriniz