Əlaqə Arxiv
news Image
2014.01.23
14:48
| A A A
Bu da Facebookun ən yaşlısı!

Facebookun ən yaşlı istifadəçisi Edythe Kirchmaier 106 yaşına girib. Movqe.Az xəbər verir ki, Kirchmaier , keçən il sağlamlıq problemi yaşayan insanlara kömək edən "Direct Relief " adlı təşkilatda çalışan yoldaşlarının ona bu doğum günündə hesab açmasından sonra ən yaşlı Facebook istifadəçisi ünvanını qazanmışdı. Kirchmaier eyni zamanda Kaliforniyanın ən yaşlı səlahiyyətli sürücüsü və Çicaqo Universitetinin ən yaşlı məzunu ünvanlarını da əlində saxlayır. Facebooka ilk üzv olduğunda doğum ili olan 1908-ci ildən qeydiyyatdan keçə bilmədiyini deyən Kirchmaier daha sonra sayt mühəndislərinin yaşını təsdiqlədiyini və problemin aradan qaldırıldığını bildirib. 

Sosial  medianı sevdiyini də açıqlayan Kirchmaier , sosial media sayəsində yoldaşları və ailəsinin gündəlik etdiyi şeylərə nəzarət etmə imkanı tapdığını söyləyib. Kirchmaier həmçinin profilini Direct Relief təşkilatının fəaliyyətləri üçün də istifadə etdiyini yazıb.

Sizin Reklam Yeriniz