Əlaqə Arxiv
news Image
2014.01.26
10:24
| A A A
11 min illik xərçəng hüceyrəsi!

İngilis araşdırmaçılar 11 min ildir "mövcud olan" bir xərçəng növü kəşf edib.

Dünyanın bilinən ən qədim xərçəng növünün o dövrdə bir itdə ortaya çıxdığı və cütləşməylə digər heyvanlara keçdiyi deyilir.

Wellcome Trust SANGER Universitetinin mütəxəssisləri , bu xərçəng növünün DNT-ni araşdırıb.

Xərçəngin ilk görüldüyü it , Sibir qurdu olaraq bilinən "HASKIN" növünə bənzəyən , orta böyüklükdə , boz qəhvəyi ya da qara qısa tükləri olan bir heyvan idi.

Dr. Elizabeth Murchison , "Bu itdən xərçəngin nə səbəbə yayıldığını bilmirik. Amma geriyə baxıb , yaydığı xərçəng hüceyrələrində genləri hələ yaşayan bu itin şəxsiyyətini müəyyənləşdirmək həyəcan vericidir. " deyib.

Elm insanları , heyvanlarda görülən və cinsi əlaqə yoluyla keçən iki nadir xərçəng növündən biri üzərində çalışıb.

Sözügedən xərçəng növü heyvanların cinsi orqanlarında şiş yaranmasına səbəb olur.

Mütəxəssislər genin xəritəsini çıxarıb və "molokulyar saat" funksiyası görən bir növ mutasiyanı araşdıraraq xərçəngin qaynağının 11 min il əvvəlinə getdiyini təsbit edib.

Milyonlarla genetik mutasiyaya uğramasına baxmayaraq xərçəng növünün həyatda qaldığı deyilib.

Sizin Reklam Yeriniz